"Həmkardan həmkara qayğı ilə" layihəsinin növbəti mərhələsi Laçında keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və "Referans Medical Group"un dəstəyi ilə keçirilən "Həmkardan həmkara qayğı ilə" sosial layihəsinin növbəti mərhələsi iyunun 18-19-da Laçın rayonunda keçirilib.
Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı 7 tibbi xidmət üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 360 Laçın rayon sakininə tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, ölkəmizin dağ və dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbəti sosial layihəyə start verib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təlim mərkəzi fəaliyyətə başlayıb
AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib













