Azercell dünya çempionlarını təbrik etdi
İyun ayının 18-də Azercell Telekom Minifutbol üzrə Dünya Çempionatının qalibi olan Azərbaycan milli komandası ilə görüşüb.
Tarixi nailiyyət münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Minifutbol Federasiyasının və Azercell rəhbərliyinin nümayəndələri iştirak ediblər. Görüş zamanı iki qurum arasında mövcud olan uğurlu əməkdaşlıq və Azercell-in milli komandaya 2022-ci ildən etibarən göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.
Tədbirdə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova və Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov çıxış ediblər.
"Milli komandamızın qələbəsi ölkəmiz üçün qürurverici hadisədir," – deyə Sona Abbasova bildirib. "Azercell olaraq biz hər zaman idmanın insanları bir araya gətirmək, ruhlandırmaq və motivasiya etmək gücünə inanmışıq. Bu əlamətdar gündə ölkəmizin çempionlarının yanında olmaq bizim üçün böyük şərəfdir."
Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov isə öz növbəsində mobil operatorun ölkədə minifutbolun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib: "Azercell-in 2022-ci ildən etibarən komandamıza verdiyi dəstək bugünkü uğurumuzun formalaşmasında mühüm rol oynayıb. Ümid edirik ki, bu səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək".
Tədbirin sonunda Azercell-in futbolçuları və milli yığmanın üzvləri arasında birlik və komanda ruhunu ifadə edən rəmzi forma mübadiləsi də baş tutub.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-də Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının final qarşılaşmasında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edərək 32 komanda arasında birinci yerə yüksəlib.
Azercell Telekom milli komandanı bu tarixi qələbə münasibətilə təbrik edir və onlara gələcək turnirlərdə uğurlar arzulayır.
Qalereya
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib













