"Bakcell"in dəstəyi ilə "YAŞAT" yay məktəbi Londonda
İnnovasiya və sürət lideri "Bakcell"in dəstəyi və "YAŞAT" Fondunun təşkilatçılığı ilə Londonda üçüncü "YAŞAT" yay məktəbi başlayıb. Yay məktəbində ölkə üzrə 9-cu sinif buraxılış imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir.
Proqramın əsas məqsədi şəhid övladlarının dünyagörüşünü genişləndirmək, dil biliklərini artırmaq, fərdi bacarıqlarını inkişaf etdirmək və beynəlxalq mühitdə aktiv iştiraklarına imkan yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
İyulun 20-dən avqustun 3-dək davam edəcək "YAŞAT" yay məktəbi London Universitet Kollecində təşkil olunub. Proqram müddətində iştirakçılar hər gün 3 saatlıq intensiv ingilis dili dərslərində iştirak edir, şəhər ekskursiyaları, tarixi abidələrə və muzeylərə maraqlı səfərlərlə zəngin bir təcrübə yaşayırlar.
"Bakcell" bu təşəbbüslə cəmiyyətin davamlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını uğurla davam etdirir. Gənclərin dəyişən dünyada innovativ düşüncə tərzinin formalaşmasına və fərdi inkişafına yönəlmiş sosial layihələrə dəstək şirkətin əsas prioritetlərindəndir.
"NEQSOL Holding"in tərkibinə daxil olan "Bakcell" "YAŞAT" Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq "NEQSOL Holding" və "YAŞAT" Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. "Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib
-
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
-
Rusiyada zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2
-
Tramp "Axios"un İranla bağlı məlumatını təkzib edib
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI













