"Ömründə qara ləkə kimi qaldı" - Musa Yaqub niyə "qara siyahı"ya salınmışdı?
Far.Az xəbər saytı

"Ömründə qara ləkə kimi qaldı" - Musa Yaqub niyə "qara siyahı"ya salınmışdı?


"Retro Baku" verilişinin yeni buraxılışı Xalq şairi Musa Yaqubun xatirəsinə həsr edilib.

Verilişdə şairin qızı və dostları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.

Şairin dostu, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, Musa Yaqubun ömür yolu asan olmayıb və həyatının müxtəlif mərhələlərində ciddi sınaqlarla üzləşib:

"Musa müəllimin ömrü hamar keçməyib, enişli-yoxuşlu bir həyat və yaradıcılıq yolu olub. Yadınızdadırsa, bir dövrdə müəyyən insanların təhriki ilə Musa müəllim guya "qara siyahı"ya salınmışdı. Televiziyalara çıxışı qadağan olunmuşdu. O boyda böyük şair geniş tamaşaçı və oxucu kütləsi ilə görüşmək imkanından məhrum edilmişdi. Sonradan həmin adamlar layiqli cəzalarını aldılar, amma bu hadisə onun ömür səhifəsində qara ləkə kimi qaldı. Musa müəllimə heç vaxt rəhmət deməyə dilim gəlmir. Çünki mənim üçün o, bu gün də sağdır. Bir insan ki, mənim üçün yaşayır, ona necə dünyadan köçmüş kimi rəhmət söyləyim?!".

Musa Yaqubun qızı Yaqut Yaqubova isə atasının anasına olan dərin bağlılığından danışıb:

"Atamın xəstəliyinin ən böyük səbəbi Zöhrəsinin getməsi idi. Onlar çox xüsusi bir cütlük idilər. Həmişə deyirdim ki, sanki anam atamın anasıdır. Anam bütün günü onun qayğısını çəkirdi. O qədər sevilən insanlar həmin sevgini itirəndə çox sarsılırlar. Biz nə etsək də, anamın yerini doldura bilmirdik. Onun yoxluğu atamın vəziyyətini daha da ağırlaşdırdı".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər