Yeni Günəşlidə avtomobil marketə çırpılıb, yaralananlar var - YENİLƏNİB
Far.Az xəbər saytı

Yeni Günəşlidə avtomobil marketə çırpılıb, yaralananlar var - YENİLƏNİB


Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.

Bu barədə "Far.Az"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

21:16

Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.

TƏBİB-dən "Far.Az"a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Oxşar xəbərlər

Toyota Prius: Hibrid Avtomobillərin atası
Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb
Bakıda obyektdəki yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb - VİDEO - YENİLƏNİB-4
Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər