Ömer Bolat: "Türkiyə və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini 8 milyard dollara çatdırıb"
Far.Az xəbər saytı

Ömer Bolat: "Türkiyə və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini 8 milyard dollara çatdırıb"


Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi ötən il təxminən 8 milyard ABŞ dollarına çatıb.

"Far.Az"un Türkiyə bürosunun məlumatına görə, bu gün Türkiyənin Ticarət naziri Ömer Bolat Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratı qəbul etdikdən sonra mətbuata açıqlamasında bunu bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda məqsəd iş adamları arasında şəbəkələşmə imkanları yaratmaq, investisiya layihələrini müzakirə etmək və hansı sahələrdə ticarəti artırıla biləcəyini müəyyən etməkdir: "Türkiyədən minlərlə investor bu günə qədər Azərbaycana 17 milyard ABŞ dolları dəyərində investisiya qoyub. Eyni zamanda, Azərbaycan Türkiyəyə 21 milyard ABŞ dollarından çox investisiya yatırıb".

Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında investisiyaları artırmaq üçün bu biznes və investisiya forumu təşkil edilir: "Podratçılıq sahəsində türk podratçıları bu günə qədər 585 layihə ilə təxminən 21 milyard ABŞ dolları dəyərində tikinti işlərini başa çatdırıblar".

Qeyd edək ki, bu gün Türkiyənin Ticarət naziri Ömer Bolat TÜİB sədri Hüseyin Büyükfıratı nazirlikdə qəbul edib.Görüş zamanı hər iki ölkənin ticarət əlaqələri ilə və Azərbaycanda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu ilə bağlı müzakirələr keçirilib.

Xatırladaq ki, dekabrın 23-də Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi–AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Tədbirdə Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən ticarət naziri Ömer Bolat və hər iki ölkədən digər rəsmi şəxslərlə yanaşı, dövlət və özəl qurumların, işgüzar birliklər və palataların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.

Oxşar xəbərlər

Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Türkiyənin ticarət naziri TÜİB sədri ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumunu müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər