Cevdet Yılmaz: "Azərbaycanla enerji müttəfiqliyimiz daha da möhkəmlənməlidir"
Türkiyə və Azərbaycan Naxçıvan vasitəsilə planlaşdırılan enerji dəhlizini tez bir zamanda reallaşdıraraq bu sahədə müttəfiqliyini daha da möhkəmləndirməlidir.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında bildirib.
Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı çətinliklərə baxmayaraq, artım tempini qoruyur: "Beynəlxalq bazarlardakı etibarımızı möhkəmləndirərək Azərbaycanla əməkdaşlığımızı daha da gücləndiririk. Dünya enerji təhlükəsizliyinin və tədarük zəncirlərinin yenidən qurulduğu ağrılı transformasiya mərhələsindən keçir. Məhz bu xaosun mərkəzində Şərqlə Qərb arasında etibarlı liman və sarsılmaz körpü kimi yüksələn iki aktor var: Türkiyə və Azərbaycan".
C.Yılmaz əlavə edib ki, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum layihələri ilə atılan təməl bu gün Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təminatına çevrilib: "Lakin baxışımız yalnız boru kəmərləri ilə neft-qaz nəqli ilə məhdudlaşa bilməz. Biz təkcə Xəzər dənizinin resurslarını Qərbə tədarük edən tranzit ölkələr deyilik, enerjinin idarə olunduğu, təchizat təhlükəsizliyinin təmin edildiyi strateji mərkəzlərik. Bu mənada enerji əməkdaşlığımızı bərpa olunan enerji mənbələrini əhatə edəcək şəkildə şaxələndirməli, Naxçıvan vasitəsilə planlaşdırılan enerji dəhlizini tez bir zamanda reallaşdıraraq enerji müttəfiqliyimizi daha da möhkəmləndirməliyik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cevdet Yılmaz Zəfər parkını ziyarət edib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün şəraitin qısa zamanda yaradılacağına inanırıq - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













