Yusif Eyvazov Omanda bu opera səhnəsində çıxış edəcək
Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən "Royal Opera House Muscat" səhnəsində Cakomo Puççininin "Toska" operasının premyerası olacaq.
BAKU.WS xəbər verir ki, tamaşanın əsas partiyasında Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcək.
Eyni zamanda səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək.
Azərbaycan kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan "Royal Opera House Muscat" səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir.
Qeyd edək ki, bu opera evi Ərəb dünyasında ölçüsünə görə ikinci ən böyük opera teatrı hesab olunur.
Dünya opera irsinin tanınmış əsərlərindən olan "Toska" operasının Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.
Tamaşada Floriya Toska rolunu italyan soprano Carmen Giannattasio, Mario Kavaradossi rolunu tenor Yusif Eyvazov, Baron Skarpia rolunu isə tanınmış bariton Ambrogio Maestri ifa edir. Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rollarda çıxış edərək səhnə heyətinin bədii bütövlüyünü təmin edirlər.
Tamaşanın səhnə quruluşu Davide Livermore, musiqi rəhbərliyi isə dirijor Fabio Mastrancelonun rəhbərliyi ilə həyata keçirilir.
Xatırladaq ki, "Royal Opera House Muscat" Sultan Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.
Oxşar xəbərlər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













