Yaponiyada güclü qar yağışı can almaqda davam edir: Ölənlərin sayı artdı
Far.Az xəbər saytı

Yaponiyada güclü qar yağışı can almaqda davam edir: Ölənlərin sayı artdı


Yaponiyada yanvarın 20-dən etibarən təsirini göstərən güclü qar yağışı və şaxtalı hava şəraiti ağır nəticələrə səbəb olub.

Far.Az xəbər verir ki, Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (FDMA) son məlumatına görə, ölkə üzrə ölənlərin sayı 27 nəfərə yüksəlib, 290 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, ən çox insan itkisi 12 nəfərlə Niigata əyalətində qeydə alınıb. Akita əyalətində 6, Hokkaydoda 3, Aomoridə isə 2 nəfər həyatını itirib. İvate, Yamagata, Naqano və Şimane əyalətlərində isə hər birində 1 nəfərin öldüyü bildirilib.

Güclü qar yağışı və buzlanma nəticəsində baş verən qəzalar zamanı 101 nəfər ağır, 189 nəfər isə yüngül xəsarət alıb. Şiddətli hava şəraiti ölkənin bir çox bölgəsində hava, avtomobil və dəmir yolu nəqliyyatında ciddi problemlər yaradıb.

Qeyd edək ki, yanvarın 23-də yayılan ilkin məlumatlarda ölənlərin sayının 4, yaralıların isə 26 nəfər olduğu açıqlanmışdı. Son günlərdə hava şəraitinin pisləşməsi itkilərin artmasına səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər