ABŞ Azərbaycanda süni intellekt məlumat emal mərkəzlərinin yaradılmasını dəstəkləyəcək
ABŞ Azərbaycanla kosmik sənayedə əməkdaşlığa və özəl sektorun iştirakı ilə ölkədə süni intellekt sahəsində məlumat emalı mərkəzlərinin yaradılması da daxil olmaqla rəqəmsal infrastruktura investisiyalara yardım etmək niyyətindədir.
"Far.Az"un məlumatına görə, bu, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.
Sənəd süni intellekt üzrə tərəfdaşlıqların inkişafında qarşılıqlı əlaqənin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, tərəflər kosmik sahədə layihələri dəstəkləmək və rəqəmsal ekosistemə investisiyalar cəlb etmək niyyətindədirlər.
Bundan əlavə, beynəlxalq ən yaxşı təcrübələrə əsaslanaraq, Bakı və Vaşinqton ixtisaslaşdırılmış dəstək mexanizmlərinin yaradılması imkanını nəzərdən keçirməyi planlaşdırırlar. Söhbət ETTİ-nin (elmi-tədqiqat və təcrübi-konstruktor işləri - red.) birgə maliyyələşdirmə alətlərindən, innovasiya "körpülərindən", həmçinin kibertəhlükəsizlik və süni intellekt sahəsində sahəvi təşəbbüslərdən gedir.
Gözlənilir ki, belə addımlar özəl vençur kapitalının cəlb edilməsinə, texnoloji inkişafın erkən mərhələlərinin risklərinin azaldılmasına və işləmələrin kommersiyalaşdırılmasının sürətləndirilməsinə kömək edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub - YENİLƏNİB-2
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













