Türkiyədəki 5.5 bal gücündəki ZƏLZƏLƏDƏN GÖRÜNTÜLƏR - İnsanlar küçələrə axın etdi
Türkiyədə yaşanan 5.5 bal gücündəki zəlzələnin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, kadrlar Tokatın Niksar rayonunda qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülər evlərdə, marketlərdə, küçələrdə və sənayə müəssisələrində lentə alınıb.
Zələlə vətəndaşları panikaya salıb. Onlar açıqlamalarında böyük qorxu və həyəcan yaşadıqlarını ifadə ediblər.
Binalarda, həyət evlərində yaşayan sakinlər gecə saatlarında oradan çıxaraq sabaha qədər küçədə qalmalı olublar.
Türkiyənin Daxili işlər naziri Mustafa Çiftçi "X" sosial şəbəkəsində zəzələ ilə bağlı paylaşım edib:
"Tokat vilayətimizin Niksar rayonunda saat 03:35-də baş verən 5,5 bal gücündə zəlzələdən təsirlənən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram. Hazırkı ana qədər hər hansı bir mənfi hadisə ilə bağlı məlumat daxil olmayıb. Qruplarımız ərazidə zəruri yoxlama və qiymətləndirmə işlərini davam etdirir. Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun".
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da bununla bağlı paylaşım edib. O Tokatda baş verən 5,5 bal gücündə zəlzələ ilə əlaqədar Türkiyə xalqına "keçmiş olsun" mesajını çatdırıb.
Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, zəlzələ Samsun, Amasya, Ordu və Sivas kimi şəhərlərdə də hiss olunub.
Xatırladaq ki, yerli vaxtla saat 03:35-də Niksar rayonunda qeydə alınan yeraltı təkanlar 6.37 kilometr dərinlikdə baş verib.
İtki və dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək?
-
Zamiq Hüseynov: "Kaş, belə bir dünya ola..."
-
"CBS": Tramp Körfəz liderləri ilə İran məsələsini müzakirə edəcək
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək
-
Karakasda ABŞ səfirliyini qorumaq üçün təlimlər keçirilib













