Tokayev: Qazaxıstan Silahlı Qüvvələrində genişmiqyaslı islahatlar aparılacaq
Qazaxıstanın müdafiə potensialının artırılması və yaxın 2 il ərzində Silahlı Qüvvələrdə genişmiqyaslı modernləşdirmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Vətənin Müdafiəçisi Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Prezident qeyri-sabit beynəlxalq şəraitdə Qazaxıstanın müxtəlif çağırış və təhdidlərə hazır olmasının vacibliyini vurğulayıb:
"Bu səbəbdən biz müdafiə potensialımızı artırmalı və ilk növbədə, Silahlı Qüvvələrin texnoloji cəhətdən modernləşdirilməsini davam etdirməliyik. Bu, indiki qeyri-sabit, təlatümlü dövrün tələbidir. Bunu nəzərə alaraq, birinci növbədə Silahlı Qüvvələrimizdə və hərbiləşdirilmiş strukturlarda dərin islahatlar aparılmalıdır. Bu, qısa müddətdə - iki il ərzində həll edilməli olan strateji əhəmiyyətli vəzifədir".
O vurğulayıb ki, Qazaxıstan sülhsevər dövlət olaraq qalır və münaqişələrin yalnız diplomatik yolla həllinə tərəfdardır. Lakin zərurət yarandığı halda ölkə daha sərt mövqedən çıxış edərək öz maraqlarını müdafiə etməyə hazırdır.
"Hesab edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə riayət olunmalıdır. Qazaxıstan dünyanın bütün ölkələri ilə dostluq münasibətlərini möhkəmləndirməyə davam edəcək. Bu sarsılmaz prinsiplər yeni Konstitusiyamızda təsbit olunub. Lakin bu, fəaliyyətsiz qalacağımız anlamına gəlmir", - Tokayev qeyd edib.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
-
Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib
-
Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu
-
Azercell Beynəlxalq Xalça Festivalında "Minlərlə ilmə, bir güc" xalçasını təqdim etdi
-
Sumqayıtda avtomobil yolu çöküb
-
"Met Gala 2026"nın ən çox müzakirə olunanları - SİYAHI













