Gürcüstanlı səyyahların ikinci nümayəndə heyəti Ağdama səfər edib
Far.Az xəbər saytı

Gürcüstanlı səyyahların ikinci nümayəndə heyəti Ağdama səfər edib


Gürcüstandan gələn səyyahların ikinci nümayəndə heyəti Ağdama səfər edib.

“Report”un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, qonaqlar Ermənistan qoşunları tərəfindən dağıdılmış şəhərlə, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ilə tanış olublar.

Səfər zamanı qonaqlar bərpa edilmiş Ağdam Məscidini və Şəhidlər Xiyabanını ziyarət edib, şəhərin işğaldan və dağıdılmasından əvvəlki tarixi fotoşəkilləri ilə tanış olublar.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyyah gəlib. Səfərin məqsədi regionda tikinti-bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

FOTO: Ehtiram Cəbi

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər