Mirziyod Mirxamidov: "Orta Dəhlizdə əsas çağırış konteyner və platforma çatışmazlığıdır"
Far.Az xəbər saytı

Mirziyod Mirxamidov: "Orta Dəhlizdə əsas çağırış konteyner və platforma çatışmazlığıdır"


Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda (TMTM, Orta Dəhliz) əsas çağırış konteyner və platforma çatışmazlığıdır.

"Report" xəbər verir ki, bunu ​"O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, Yeni Asiya nəqliyyat marşrutu üzrə qarşılaşdırılan əsas problemlərdən biri konteyner çatışmazlığıdır: "Hazırda Özbəkistanda iqtisadi artım müşahidə olunur və bu ölkədən Türkiyə, eləcə də Avropa istiqamətində, xüsusilə Gürcüstanın Poti limanı vasitəsilə əhəmiyyətli həcmdə ixrac yükləri daşınır. Bununla yanaşı, marşrut boyunca dəmiryolu platformalarının çatışmazlığı da hiss olunur. Lakin biz bu problemlərin həlli istiqamətində mərhələli şəkildə fəaliyyət göstəririk. Hazırda şirkətimiz konteyner parkının genişləndirilməsi və platforma parkının artırılması üzərində işləyir".

O hesab edir ki, infrastrukturla bağlı bu məsələləri addım-addım həll etdikcə, bu, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin daha da artmasına şərait yaradacaq: "Bununla belə, dəhliz üzrə bütün iştirakçı ölkələr və tərəfdaşlar arasında daimi koordinasiya vacibdir. Qarşıya çıxan problemlərin operativ həlli üçün tərəflər arasında davamlı əlaqə saxlanılmalı, yaranan çətinliklərə çevik reaksiya verilməli və birgə qərarlar qəbul edilməlidir".

Oxşar xəbərlər

Mirziyod Mirxamidov: "Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verəcək"
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər