Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq möhkəmlənməkdə davam edir
Azərbaycan və Misir arasında parlamentlərarası əməkdaşlıq fəal şəkildə inkişaf etməkdə davam edir.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Misirin Milli Gününün 74-cü ildönümü münasibətilə təşkil olunmuş qəbulda bildirib.
Onun sözlərinə görə, iki ölkənin qanunverici orqanlarının əməkdaşlığında da müsbət dinamika müşahidə olunur.
Qayıbov xatırladıb ki, ötən ilin mayında Misir Senatının sədri Azərbaycana səfər edib, bu ilin noyabrında isə Milli Məclis sədrinin səfəri gözlənilir.
"İkitərəfli əlaqələrin möhkəmləndirilməsində iki ölkənin parlament dostluq qrupları xüsusi rol oynayır", - nazir qeyd edib.
Çıxışının əvvəlində Qayıbov həmçinin Misir yığmasını futbol üzrə dünya çempionatındakı uğurlu çıxışı münasibətilə təbrik edib.
"Düşünürəm ki, təkcə mən yox, bütün dünyada milyonlarla insan Misir komandasının oyununu məmnuniyyətlə izləyib. Sosial şəbəkələrdəki çoxsaylı şərhlərə əsasən, onun çıxışı həqiqətən yaddaqalan olub", - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb
-
"Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu
-
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq
-
"Sabah"ın 103 yaşlı rəqibi: 8 dəfə Finlandiya çempionu olan "KuPS" - TANITMA
-
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı













