Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb
Far.Az xəbər saytı

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb


ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə o Hyustonda (Texas ştatı) Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxış edərkən bildirib.

"Bizə (kosmosun tədqiqi üçün) ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və digər bütün mütəxəssislərdən ibarət bütöv bir nəsli öyrətmək və hazırlamaq lazımdır. Bir neçə dəqiqədən sonra mən yeni milli akademiyanın yaradılması haqqında fərman imzalayacağam. O, ABŞ Kosmik Akademiyası adlanacaq. Bu, çox mühüm bir hadisədir", - Tramp qeyd edib.

Çıxışından sonra ABŞ Prezidenti müvafiq fərmanı imzalayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Hyustonda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər