FT: Britaniya hava limanlarındakı problem hərbi təyyarəyə görə yaranıb
Far.Az xəbər saytı

FT: Britaniya hava limanlarındakı problem hərbi təyyarəyə görə yaranıb


Sentyabrın 8–9-da 2,1 mindən çox reysin ləğv edilməsinə və ya gecikməsinə səbəb olan Böyük Britaniyanın hava hərəkətinin idarə edilməsi sistemindəki genişmiqyaslı nasazlıq hərbi təyyarə tərəfindən ötürülən yanlış məlumatlar səbəbindən baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə dörd mənbəyə istinadən "Financial Times" (FT) yazır.

Nəşrin məlumatına görə, qırıcı Böyük Britaniyanın Milli Hava Hərəkətinin İdarə Edilməsi Xidmətinə (NATS) uçuş planına dair səhv məlumatlar ötürüb. Planların avtomatlaşdırılmış emalı sistemi səhvi tanıya bilməyib və donub. Tezliklə ehtiyat sistemi də fəaliyyətini dayandırıb.

Avadanlığın işini yalnız bir neçə saatdan sonra bərpa etmək mümkün olub. Nasazlıq səbəbindən aviaşirkətlər reysləri ləğv etmək və təxirə salmaq məcburiyyətində qalıb ki, bunun da nəticəsində yüz minlərlə sərnişin hava limanlarında qalıb. Bəzi hallarda təxirə salınmış reyslərin gözlənilməsi 8–10 saata çatıb. Britaniya aviasiya sisteminin işini tam olaraq yalnız iki gün sonra bərpa etmək mümkün olub.

İnsident fonunda Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi təhqiqata başlayıb. Onun nəticələrinin altı aydan sonra dərc edilməsi planlaşdırılır

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər