Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
"Report"un Qarabağa ezam olunan əməkdaşının verdiyi məlumata görə, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Diplomatik korpusların nümayəndələrinə monastır komplekslərinin tarixi və memarlıq xüsusiyyətləri, eləcə də abidələrə müdaxilə, dəyişdirmə və saxtalaşdırma halları barədə məlumat verilib. Sonra qonaqlar kompleksləri gəziblər.
Diplomatlar və hərbi attaşelər səfər çərçivəsində "İstisu" mineral su zavodunun fəaliyyəti ilə də tanış olublar.
Daha sonra diplomatik korpusların nümayəndələri Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər.
Qeyd edək ki, bu, xarici diplomatların Azərbaycanın azad edilmiş ərazilərinə 22-ci səfəri idi.
Diplomatların müntəzəm səfərləri onlara Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-bərpa işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, həmçinin tarixi və mədəni irsin qorunması işləri ilə yerində tanış olmağa imkan verir.
Oxşar xəbərlər
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
MKİ 11 sentyabr terror aktının hazırlığı barədə sənədlərin məxfiliyini ləğv edib
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
-
Serbiyada seçki prosesinin təqvimi açıqlanıb













