Çin Azərbaycanın ŞƏT-dəki statusunun yüksəldilməsini dəstəkləyir
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) statusunun yüksəldilməsini dəstəkləyir.
“Far.Az” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün ilin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
D.Tao xatırladıb ki, Azərbaycan 2016-cı ildə ŞƏT-də dialoq üzrə tərəfdaş statusu alıb.
"Çin Azərbaycanın ŞƏT xətti ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq və təşəbbüslərdə iştirakını alqışlayır. Ölkənin təşkilatdakı statusunun yüksəldilməsini dəstəkləyir. Çin Azərbaycanla sıx əməkdaşlığa hazırdır. Bundan əlavə, ticarət və investisiya, energetika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, “yaşıl inkişaf” sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlığın səviyyəsini yüksəltmək üçün ŞƏT platformalarından daha səmərəli istifadə etməsini dəstəkləməyə hazırdır. Azərbaycanın hərtərəfli inkişafına hər cür töhfə verə bilər", - o vurğulayıb.
Müvəqqəti işlər vəkili qeyd edib ki, Çin artıq ŞƏT-in sədrlik vəzifələrinin icrasına başlayıb və təşkilat çərçivəsində müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş 100-dən çox iclas və tədbir keçirməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan ŞƏT-də müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.
Oxşar xəbərlər
Din Tao: "Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin inkişafını ilk dəstəkləyən ölkələrdən biri olub"
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Müvəqqəti işlər vəkili: “Çin Azərbaycanla “yaşıl enerji” əməkdaşlığını genişləndirmək niyyətindədir”
Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir
YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
-
Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik
-
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB













