"Xankəndi" restoranında nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti, 98 ünvanında yerləşən fiziki şəxs Elvin Eyvaz oğlu Şirinova məxsus "Xankəndi" restoranında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ictimai iaşə obyektində qida məhsullarının saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimələrə cəlb olunmadığı, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, istehlaka təqdim edilən toyuq və balıq ətlərinin müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin manqal sahəsində işlərin və xidmətlərin görülməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
"Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı
Bakının məşhur restoranında YOXLAMA - Nəzarətə götürüldü
Bakıda restorandan DƏHŞƏTƏ gətirən GÖRÜNTÜLƏR - Müştərilərə köhnə yeməklər verilirmiş
"Otdıx"da da nöqsanlar aşkarlandı - GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurub
-
Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir
-
DİM 3 şəhərdə təkrar imtahan keçirəcək
-
Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib













