FBİ: "Epşteyn öldürülməyib"
ABŞ Federal Təhqiqat Bürosu (FBI), azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə mühakimə olunan milyarder Cefri Epşteynin həbsdə "öldürülmədiyini" açıqlayıb.
Far.Az xəbər verir ki, FBI direktoru Kaş Patel və direktor müavini Den Boncino, ABŞ mediasında tez-tez gündəmə gələn Epşteyn işi ilə bağlı "Fox News" telekanalına danışıb.
Boncino Epşteynin ölü tapıldığı Nyu-York həbsxanasındakı kamerada başqa heç bir insanın varlığına dair sübut olmadığını bildirib: "Nə DNA var, nə səs, nə barmaq izi, nə şübhəli, nə də ipucu. Heç nə yoxdur".
O əlavə edib ki, Epşteynin ölüm anının qeydə alındığı təhlükəsizlik kameralarının görüntüləri ictimaiyyətə təqdim ediləcək.
Patel isə Epşteynin intihar etdiyini deyərək, işlə bağlı daha çox məlumat veriləcəyini açıqlayıb.
Qeyd edək ki, ən kiçiyi 14 yaşında olmaqla onlarla azyaşlı qızı cinsi istismara məruz qoymaq və fahişəlik şəbəkəsi yaratmaqda ittiham edilən Cefri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Mərkəzi Həbsxanasında hücrəsində ölü tapılmışdı.
Rəsmilər onun intihar etdiyini açıqlasa da, ailəsi bu versiyanı qəbul etməmiş və ölümün şübhəli olduğunu bildirmişdi.
Epşteynin sevgilisi Gileyn Maksuell də azyaşlı qızların zənginlər, məşhurlar və siyasətçilər üçün istismara cəlb edilməsində ona yardım göstərməkdə ittiham olunaraq məhkəmə tərəfindən təqsirli bilinmişdi.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













