Bakıda ağac sürücünü "işə saldı" - 100 manat CƏRİMƏLƏNDİ
Far.Az xəbər saytı

Bakıda ağac sürücünü "işə saldı" - 100 manat CƏRİMƏLƏNDİ


Paytaxtın Yasamal rayonunda Akim Abbasov və Abbas Mirzə Şərif küçələrinin kəsişməsindən avtomobillə keçən sürücü çaş-baş qalıb. 

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sürücü bildirib ki, sözügedən ərazidə ağacın budaqları işıqforun qarşısını kəsib. Nəticədə kəsişmədən keçən sürücülər svetafotun işıqlarını son anda görür və cərimələnir.

"Svetoforun işığı ağacın yarpaqlarına görə görünmür və sürücülər sarı, qırmızı işıqda keçirlər. Nəticədə onlara cərimə yazılır. Mən də sarı işıqda keçdim və 100 manat cərimələndim", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə sorğu ünvanladıq. 

Qurumun mətbuat katibi Ömər Xıdırov Far.Az-ə açıqlamasında bildirdi ki, NİİM-in əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 34 yolayırıcında olan svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Bakıda "qırmızı"da keçən sürücü dəhşətli qəza törətdi - ANBAAN VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər