"Sea Breeze"dəki kazinoya onlar BURAXILMAYACAQ
Far.Az xəbər saytı

"Sea Breeze"dəki kazinoya onlar BURAXILMAYACAQ


"Sea Breeze"in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib.

Ağalarov qeyd edib ki, kazinoya 21 yaşından kiçik heç kim buraxılmayacaq.

Təsisçi onu da bildirib ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.

Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri qalır:

"İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları "Sea Breeze"də mehmanxana biznesi kimi birləşdirək".

"Mövsüm xaricində bu hotellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir" - Emin qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil edilməsinə icazə verilməsinin səbəbi açıqlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər