Azərbaycan millisinin sabiq müdafiəçisi: “Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm"
“Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) matçında şansları dəyərləndirərkən deyib.
Keçmiş müdafiəçi “Qarabağ”ın qələbəsinə inandığını bildirib:
“Ümumilikdə İsveç və Azərbaycan klubları bir neçə dəfə oynayıblar. Bu matçların böyük əksəriyyətində qələbə qazanmışıq. “Qarabağ”ın sabah "Malmö"yə qalib gələcəyini düşünürəm. Düzdür, rəqib də zəif deyil. Bu mərhələyə qədər gəlib çıxıbsa, deməli, səviyyəli rəqibdir. Sadəcə, “Qarabağ” bizə o qədər sevinc yaşadıb ki, populyar olmayan komandalarla qarşılaşanda istər-istəməz içimizdə qələbə qazanacağını düşünürük”.
Hazırda “Araz-Naxçıvan”ın U-19 komandasında baş məşqçi kimi fəaliyyət göstərən R.Əmircanov “Qarabağ”ın Liqa mərhələsinin ilk turunda “Tottenhem”ə uduzduğu matça da toxunub:
“İlk oyunda “Tottenhem”ə məğlub olmalarına baxmayaraq, “Qarabağ” rəqibindən qorxmadı. Göstərdilər ki, bu komandaya qarşı da futbol oynamaq olar. “Tottenhem”lə görüşə 90 dəqiqə baxanlar da təsdiq edə bilər ki, “Qarabağ” özünü yaxşı tərəfdən göstərdi. Həqiqətən komandaya alqış düşür. Sadəcə, səviyyə fərqi sözünü dedi. Avropa klublarının Azərbaycan təmsilçilərindən fərqi odur ki, əllərinə bir şans düşsə belə, ondan istifadə edirlər. “Tottenhem”ə məğlubiyyətdən sonra “Qarabağ” Azərbaycan çempionatında əsas rəqiblərindən olan “Sabah”a qalib gəldi. Bu da o anlama gəlir ki, artıq toparlanıblar. Əhval-ruhiyyə yüksək səviyyədədir. Üstəlik, “Malmö” ilə evdə oynayacaqlar. Fanat ordusu da hər zamankı kimi dəstəyini əsirgəməyəcək”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5
“Araz-Naxçıvan”ın kapitanı: Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













