MM üzvü: 2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq
Far.Az xəbər saytı

MM üzvü: 2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq


2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.

"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.

Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər