Avropa Komissiyası yay tətilindən sonra sosial şəbəkələrdə uşaqların müdafiəsi barədə qanun layihəsini təqdim edəcək
Far.Az xəbər saytı

Avropa Komissiyası yay tətilindən sonra sosial şəbəkələrdə uşaqların müdafiəsi barədə qanun layihəsini təqdim edəcək


Avropa Komissiyası yay tətilindən sonra sosial şəbəkələrdə uşaqların müdafiəsini gücləndirməyə və rəqəmsal platformalara çıxış üçün yaş məhdudiyyətləri tətbiq etməyə yönəlmiş qanunvericilik təklifini təqdim edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İnternetdə Uşaqların Təhlükəsizliyi üzrə Xüsusi Komissiyanın məruzəsinin təqdimatının yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, komissiya sosial şəbəkə alqoritmlərinin uşaqlara təsirini, o cümlədən bununla bağlı imkanları, asılılığın yaranma risklərini və psixi sağlamlığa təhdidləri öyrənib.

Fon der Lyayen bildirib ki, əldə edilən məlumatlar sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsinin zəruriliyini təsdiqləyir: "Sosial şəbəkələr oyuncaq deyil. Uşaqları mənfəət əldə etməyə yönəlmiş alqoritmlər deyil, valideynlər tərbiyə etməlidir".

O qeyd edib ki, avropalı yeniyetmələr ekran qarşısında gündəlik orta hesabla dörd saatdan altı saata qədər vaxt keçirirlər və uşaqların, demək olar ki, 60 %-i internetdə emosional və ya psixososial problemlərlə üzləşib: "Uşaqlıq dövrü – beynin son dərəcə vacib və çox həssas inkişafı dövrüdür. Məhz bu vaxt uşaqlar real dünyada daha çox vaxt keçirməlidirlər".

Fon der Lyayen vurğulayıb ki, rəqəmsal platformalar öz xidmətlərinin təhlükəsizliyini sübut etməli və asılılıq yaradan alqoritmlər, zərərli məzmun və arzuolunmaz əlaqələr ilə bağlı məsuliyyət daşımalıdırlar.

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, uşaqların qorunmasına dair alətlərdən biri yaşın yoxlanılması üçün tətbiq olacaq ki, bu tətbiq istifadədə asan olacaq, məxfiliyi təmin edəcək:

"Biz valideynləri, pedaqoqları, ekspertləri və gənclərin özlərini dinlədik. Biz tərəfdaşlarımızın, o cümlədən Avstraliyanın, eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini öyrəndik. İndi Avropa səviyyəsində hərəkətə keçməyin vaxtıdır. Biz təqdim olunan məruzəni və oradakı tövsiyələri diqqətlə araşdıracağıq, artıq yay tətillərindən sonra isə müvafiq qanunvericilik təklifini təqdim edəcəyik".

Oxşar xəbərlər

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar?
Uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni qaydalar: Ekspertdən VACİB AÇIQLAMALAR
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Bakıda uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər