Fon der Lyayen Aİ ölkələrinin Ukraynaya "Patriot" alınması ilə bağlı qərarını alqışlayıb
Far.Az xəbər saytı

Fon der Lyayen Aİ ölkələrinin Ukraynaya "Patriot" alınması ilə bağlı qərarını alqışlayıb


Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun Baş katibi Mark Rütte ilə birlikdə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün vacib komponentləri almağa imkan verən istisnanın tətbiq edilməsi barədə razılaşmasını alqışlayıb.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"3,2 milyard avro məbləğində növbəti tranş Ukraynaya öz hava məkanını daha effektiv müdafiə etməyə imkan verəcək. Bu, Ukraynaya dəstək üzrə kredit proqramı çərçivəsində, o cümlədən hava hücumundan müdafiə ehtiyacları üçün artıq ayrılmış 8,4 milyard avronu tamamlayır", - o qeyd edib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ Ukraynaya dəstək vermək və Avropanın müdafiə potensialını gücləndirmək üçün tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək.

Oxşar xəbərlər

İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər