"Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq
Far.Az xəbər saytı

"Elm ADAsı" yenidən "Planet FM"də yayımlanacaq


ADA Universitetinin təşəbbüsü ilə Azərbaycanın ilk elmi-maarifləndirici radiosu "Planet FM"də (88.7 FM) yayımlanan "Elm ADAsı" proqramı ikinci radio mövsümə qayıdır. Media layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir.

Bu dəfə proqramlar dayanıqlıq mövzusunu diqqətdə saxlayaraq ekoloji, iqtisadi, sosial dayanıqlığın əldə olunmasının nəzəri və praktiki çərçivələrini müzakirə edəcək. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında öyrənəcəklər.

"Elm ADAsı" elmi icma ilə cəmiyyət arasında körpü rolunu oynayır. "Planet FM"in maarifləndirici yayım konsepsiyası ilə ADA Universitetinin güclü akademik bazasının birləşməsi mürəkkəb elmi anlayışları sadə dildə çatdırmağa imkan yaradır.

Əziz dinləyicilər, hər cümə günü saat 17.00-dan 18.00-a qədər "Planet FM" (88.7 FM) dalğasında "Elm ADAsı"na dəvətlisiniz.

Oxşar xəbərlər

Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər