"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib
Far.Az xəbər saytı

"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib


"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu turnirin tarixinə 250 və daha çox matça çıxan 16-cı komanda olub.

Paytaxt təmsilçisinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. "Sabah" evdə "İmişli"yə qalib gəlib – 3:1.

Son ölkə çempionu 250 qarşılaşmada 112 qələbə qazanıb, 62 heç-heçə edib və 76 dəfə uduzub. Oyunlardan 125-i evdə, 125-i səfərdə baş tutub.

Qeyd edək ki, "Sabah" ilk matçını 2018-ci il avqustun 12-də səfərdə "Sumqayıt"a qarşı keçirib – 1:0.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Braziliya - Norveç matçını dünya ulduzları tribunadan izləyib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər