Azərbaycanda kirayə mənzil fonduna daha 201 mənzil əlavə olunub
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 201 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
BAKU.WS Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün oktyabrın 17-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 255 kirayə müqaviləsi bağlanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda daha 296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hansı çay orqanizm üçün daha faydalıdır?
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Azərbaycanın bəzi ərazilərində magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib













