BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq
Far.Az xəbər saytı

BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq


WUF13 çərçivəsində qadınların təhlükəsiz mənzillərlə təmin olunması, gender bərabərliyinin nəzərə alınması barədə sənədlərin qəbul olunması planlaşdırılır.

"Far.Az" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Dayanıqlı İnkişaf Qrupunun sədri Amina J. Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəhər həyatının formalaşdırmasında böhranlar və qadınlara təsirləri nəzərə alınmalıdır:

"Güclü şəhərlər olmadan qadınların hüquqlarını təmin etmək olmaz. Buna görə də yaşayış yerlərini qadınlar üçün əlçatan etmək lazımdır".

A.Mohammed əlavə edib ki, bu mövzu WUF13də də geniş müzakirə olunur və həlli istiqamətində sənədlərin qəbulu nəzərdə tutulub.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər