"Yonhap": Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
Far.Az xəbər saytı

"Yonhap": Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb


Koreya Xalq Demokratik Respublikası (KXDR) şənbə günü Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Mərminin növü hələlik müəyyən edilməyib.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Sakit Okean Komandanlığı Şimali Koreyanın son raket buraxılışı barədə məlumat verib. Bildirilib ki, buraxılış Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmır.

"Biz son raket buraxılışından xəbərdarıq, müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. ABŞ öz ərazisinin müdafiəsini təmin etməyə və regiondakı müttəfiqlərini qorumağa əvvəlkitək sadiqdir", - hərbçilərin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
KXDR Yapon dənizi istiqamətində yenidən buraxılış həyata keçirib
Cənubi Koreya PUA-larının KXDR ərazisinə daxil olması barədə iddiaları təkzib edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər