"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Far.Az xəbər saytı

"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb


Gələn həftə Romada keçirilməli olan İsrail və Livan arasında növbəti danışıqlar raundu təxirə salınıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb.

"İsrail və Livan arasında gələn həftə Romada planlaşdırılan növbəti danışıqlar raundu təxirə salınıb", - o, "X" sosial şəbəkəsində yazıb.

Jurnalistin məlumatına görə, Romadakı görüşün əvəzinə iki ölkənin səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində danışıqlar aparacaq, orada son hadisələri və İsrail ilə Livan arasında çərçivə sazişinin həyata keçirilməsini müzakirə edəcəklər.

Daha əvvəl "Al Jazeera" telekanalı İsrail və Livan arasında 8-ci danışıqlar raundunun 15-16 sentyabrda Romada keçiriləcəyini bildirib.

Oxşar xəbərlər

Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib
Azərbaycan və Ermənistan səfirləri Tramp marşrutu təşəbbüsü ilə bağlı tədbirdə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər