Azercell "ADA Employability Week 2025" təşəbbüsünə qatılıb
Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən "Employability Week 2025" təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.
Proqram çərçivəsində Azercell-in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər. Proqramın sonunda Azercell fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları may ayının 2-də ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
HONOR süni zəka əsaslı ekosistemə keçid strategiyasını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













