Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
Far.Az xəbər saytı

Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir


Minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu ANAMA İdarə heyətinin sədri Vüqar Süleymanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır:

"Böyük Qayıdış" Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib".

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər