"Li Auto" ilk "City Showroom"unu açdı və əsas mərkəzin açılış tarixi bəlli oldu
Far.Az xəbər saytı

"Li Auto" ilk "City Showroom"unu açdı və əsas mərkəzin açılış tarixi bəlli oldu


"Li Auto"  brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Efendiler Group" şirkəti öz şəhər şourumunu avtomobil sevənlərə təqdim etdi.

Media nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə keçən tədbirdə brendin Azərbaycandakı fəaliyyəti, təqdim olunan model cərgəsi və gələcək planlarla bağlıməlumat verildi.

"Efendiler Group"un icraçı direktoru Amal Əlili öz çıxışında "Li Auto" sevənlərinə yeni müjdəni verdi:

"Qeyd edim ki, hal-hazırda olduğumuz şourum 2-ci dərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır. Buradan bütün "Li Auto" sevənlərə xoş xəbər vermək istəyirəm: təxminən Avqust ayının sonlarında Babəkprospekti 37 ünvanında inşa olunan Li Autonun yeni satış mərkəzi avtomobil sevənlərin istifadəsinəveriləcək. Mərkəzin yalnız sərgi hissəsi 1000 kvm civarında olacaq".

Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq 1 aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin 6 günü müştərilərin xidmətindədir.

 

Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün 4 il vəya 100 000 km rəsmi zəmanəti olan, 42 000 $-dan başlayan qiymətlər ilə L6, 48 000$-dan başlayaraq L7 və 63 500 $-dan başlayaraq L9 modelləri təqdim olunur.

Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və Li i8, eləcə də Li Mega modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaqdır.

Müştərilər öncədən avtomobili bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün əlaqəsaxlaya bilərsiniz.

Ünvan: Aşıq Molla Cümə, 44B.

Əlaqə: *2299

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Li Auto" RƏSMİ olaraq Azərbaycanda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər