"Azercell" korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini təqdim edir
"Azercell" və "UiPath" Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır.
Ölkənin lider mobil operatoru "Azercell" rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir.
Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur.
Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.
Azercell-in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün nəzərdə tutulub və gündəlik iş axınında əlavə vaxt, resurs tələb edən, təkrarlanan proseslərin avtomatlaşdırılmasına şərait yaradır. Bu texnologiya müəssisələrə əməliyyat dəqiqliyini artırmaq və məhsuldarlığı yüksəltməklə yanaşı, iş yükünün daha effektiv bölüşdürülməsinə imkan verir. Ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/iot/rpa.html
Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və Azercell-in RPA sahəsindəki bir illik təcrübəsi "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova və UiPath şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti cənab Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.
"Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq Azercell biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır," – deyə Zərinə Zeynalova bildirib.
"Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır."
Cənab Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib:
"Azercell ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. Azercell ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik".
Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Süni intellekt təhsil prosesində: Universitetlərdə yeni ixtisaslar yarana bilər
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
HONOR süni zəka əsaslı ekosistemə keçid strategiyasını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













