Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
Far.Az xəbər saytı

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi


Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol 50 AZN və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.

Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər.  Bundan əlavə, ""Trendyol""dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.

50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur: "Gəl al""nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma üçün isə 6.99 AZN sabit ödəniş edilir".

"Trendyol" öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.

Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər