Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı
Far.Az xəbər saytı

Yelo Bank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumuna qatıldı


Yelo Bank, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi (Caspian Agro) və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (Interfood Azerbaijan) çərçivəsində keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib. Bakı Ekspo Mərkəzində baş tutan tədbirdə 31 ölkədən 440-dan çox iştirakçı öz təcrübələrini və yenilikçi yanaşmalarını paylaşdı. Sərginin əsas məqsədi aqrar-sənaye kompleksində texnologiyaların tətbiqi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsidir.

Forum çərçivəsində keçirilən "Dövlətin maliyyə mexanizmləri" panel müzakirəsində Yelo Bank-ı mikro biznes müştəriləri departamentinin direktor müavini Yusif Əliyev təmsil edib. O öz çıxışında aqro kredit sahəsində Yelo Bankın təqdim etdiyi müasir bank məhsulları və kredit şərtləri haqqında məlumat verərək, mikro və kiçik sahibkarlara maliyyə resurslarına çıxışın asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Yelo Bank, kənd təsərrüfatı sektorunun davamlı inkişafını dəstəkləyir və bu sahədə fəaliyyət göstərən sahibkarlara hər zaman faydalı həllər təqdim etməyə davam edəcək. 

Bank xidmətləri, o cümlədən kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağalıda Aqrar Biznes Festivalı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər