Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılışı keçirilib.
Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Urso, İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin "Dongfang" şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və "AzərEnerji" ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb.
Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində yerləşən elektrik stansiyasının istehsal gücünün artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə kredit ayrılıb. Ayrılan vəsait hesabına Çin və İtaliyanın qabaqcıl şirkətlərindən yüksək texnologiyalı buxar generatorları və qaz turbinləri alınıb.
Həyata keçirilən bu modernizasiya təşəbbüsü yalnız enerji səmərəliliyinin artırılması deyil həmçinin ətraf mühitin mühafizəsi, karbon emissiyalarının azaldılması və regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bununla da ölkəmizin Paris Konvensiyası üzrə götürdüyü 2,1 milyondan çox karbon emissiyalarının azaldılması və digər beynəlxalq öhdəliklərə ciddi töhfə veriləcəkdir.
Qeyd edək ki, Kapital Bank regionların sosial-iqtisadi inkişafına uzunmüddətli və sistemli şəkildə töhfə verir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimi keçirilib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub













